Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 99 akt və protokol tərtib olunmuşdur

22 İyul 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 01-15 iyul tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 99 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 10 göstəriş verilmişdir. Ümumilikdə 18 iş üzrə 69110 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 1452 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 14 iş üzrə 1225,54 manat məbləğində iddia qaldırılmış, ondan 475,49 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 167 iş üzrə 16335,02 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 13901 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işə baxılmamış, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 5 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 10 akt və tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 3 icrası məcburi olan göstəriş verilmişdir. 3 iş üzrə 14000 manat məbləğində cərimə, 48 iş üzrə 4465 manat ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 13 akt və protokol tərtib olunmuş, 68 iş üzrə 6182,02 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunmuşdur. 9 iş üzrə 675 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 7 akt və protokol tərtib olunmuşdur. 2 iş üzrə 1300 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyanla bağlı 2 iş üzrə 247,50 manat məbləğində iddia qaldırılmışdır.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 35 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 7 icrası məcburi olan göstəriş verilmişdir. 5 iş üzrə 3750 manat məbləğində cərimə tətbiq edilmişdir. 42 iş üzrə isə 5013 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 28 akt və protokol tərtib olunmuşdur. 5 iş üzrə 48000 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyanla bağlı 11 iş üzrə 928,04 manat məbləğində iddia qaldırılmışdır.
Faunanın mühafizəsi sahəsində 2 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilmişdir.