4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 6 ay ərzində 125 akt və protokol tərtib edib
21 İyul 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi xidməti ərazisində ”“ Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarında yer təkinin, su mühitinin, atmosfer havasının, torpaqların, ətraf mühitin, flora və faunanın mühafizəsi sahəsində fəaliyyət göstərir, ekoloji problemlərin yaranmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq monitorinq və reydlər keçirir.
Cari ilin 6 ayı ərzində şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mütəmadi araşdırmalar aparılmış və hüquqi-fiziki şəxslər, eləcə də vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə ümumilikdə 125 akt və protokol tərtib edilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 91 icrası məcburi olan göstərişlər verilmişdir. 7 iş üzrə 6380 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 18,15 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 70 iş üzrə 48020 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işə baxılmamış, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 4 işdən 2-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 5 akt tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 5 icrası məcburi olan göstəriş verilmişdir. İdarə və müəssisələrə 11 iş üzrə 4230 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 77 akt tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 67 icrası məcburi olan göstəriş verilmişdir. 21 iş üzrə 34575 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 1 işə baxılmamışdır.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 5 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 2 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 1 iş üzrə 200 manat məbləğində cərimə, 16 iş üzrə 1200 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 25 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 17 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 3 iş üzrə 1700 manat məbləğində cərimə, 22 iş üzrə 8015 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Fauna və floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunmuş, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 3 iş üzrə 4480 manat məbləğində cərimə tətbiq edilmişdir.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işə baxılmamış, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 1 işə isə baxılaraq müvafiq tədbirlər görülmüşdür.