ETSN əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır
17 İyul 2010, 00:00
Respublikamızın ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, bir çox yerlərdə meşəətrafı ərazilərin minerallaşdırılması (yanğın əlehinə zolaqların çəkilməsi) üçün müvafiq tədbirlər görülür.
Lakin bəzi fermer və digər torpaq mülkiyyətçilərinin məsuliyyətsizliyi üzündən 16 iyul 2010-cu il tarixdə saat 15:40 radələrində Ləcət-Yalama avtomobil yolunun Yaqublu kəndinin yaxınlığında yolun sağ tərəfində kövşənə od vurulması nəticəsində yanğın hadisəsi baş vermişdir.
Şimal istiqamətindən əsən külək nəticəsində yanğın meşə fondu ərazisinə keçərək 0,04 hektar (4 sot) ərazini əhatə etmiş, lakin həmin ərazi meşə ilə örtülü olmadığına görə meşə fonduna ziyan dəyməmişdir.
Yanğin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin regional xidmət idarəsinin, rayon icra nümayəndəliyinin işçilərinin və əhalinin köməkliyi ilə vaxtında və operativ qaydada söndürülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.