Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 159 akt və protokol tərtib olunmuşdur
12 İyul 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 15-30 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 159 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 56 göstəriş verilmişdir.
Ümumilikdə, 34 iş üzrə 45950 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 25735,77 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 26 iş üzrə 4811,24 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla birlikdə) 23587,12 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 453 iş üzrə 66240,1 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla birlikdə) 71028,33 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 7 işdən 4-nə, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 16 işdən 5-nə, məhkəmələrə göndərilmiş 8 işdən (ötən ildən qalanla birlikdə) 12-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 20 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 11 icrası məcburi olan göstəriş verilmişdir. 134 iş üzrə 32739,18 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan (ötən ildən qalanla birlikdə) 34052,98 manatın ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 41 akt və protokol tərtib olunmuş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 21 icrası məcburi olan göstəriş verilmişdir. 10 iş üzrə 10724,17 manat məbləğində cərimə, 226 iş üzrə isə 19705,77 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan (ötən ildən qalanla birlikdə) 18970,31 manatın ödənilməsi təmin olunmuşdur. Dəymiş ziyanla bağlı 2 iş üzrə 126 manat məbləğində iddia qaldırılmışdır.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 10 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 1 icrası məcburi olan göstəriş verilmişdir. Dəymiş ziyanla bağlı 4 iş üzrə 750 manat məbləğində iddia, 11 iş üzrə 645 manat məbləğində ödəmə, 1 iş üzrə isə 200 manat məbləğində cərimə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 3 akt və protokol tərtib olunmuş, 3 icrası məcburi olan göstəriş verilmişdir. 6 iş üzrə 23100 manat məbləğində cərimə, 3 iş üzrə 2500 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan 2320 manatın ödənilməsi təmin olunmuşdur.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 55 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 19 icrası məcburi olan göstəriş verilmişdir. 24 iş üzrə 17250 manat məbləğində cərimə, 79 iş üzrə 10650,15 manat məbləğində ödəmə tətbiq edilmiş və və ondan (ötən ildən qalanla birlikdə) 15040,04 manatın ödənilməsi təmin edilmişdir.
Fauna və floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 26 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 1 icrası məcburi olan göstəriş verilmişdir. 3 iş üzrə 5400 manat məbləğində cərimə, dəymiş ziyanla bağlı 9 iş üzrə isə 622,54 manat məbləğində iddia qaldırılmış və ondan (ötən ildən qalanla birlikdə) 3038,02 manatın ödənilməsi təmin olunmuşdur.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunmuşdur. Dəymiş ziyanla bağlı 8 iş üzrə 3233 manat məbləğində iddia qaldırılmış və ondan (ötən ildən qalanla birlikdə) 5694 manatın ödənilməsi təmin olunmuş, 4 iş üzrə isə 200 manat məbləğində cərimə ödənilmişdir.