Bu gün Qəbələdə ekspertlər səviyyəsində seminar işinə başladı
05 İyul 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi ilə Qəbələ rayonunun “Qafqaz Resort” mehmanxanasında təşkil olunmuş konfrans bu gün işinə başladı.
5 iyul 2010-cu il tarixində “Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması” mövzusunda ekspertlər səviyyəsində keçirilən seminarı giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev qonaqlara ölkənin biomüxtəlifliyi sahəsində aparılan işlər barədə ətraflı məlumat verdi.
Bugünkü seminarda biomüxtəlifliyin qorunması ilə bağlı 2 sessiya üzrə müzakirələr aparıldı.
Eyni zamanda, Avropa Nazirlər Konfransı çərçivəsində Biomüxtəliflik konvensiyasının “Biomüxtəliflik zirvə toplantısı” üzrə 10-cu tərəflər konfransına hazırlıq məqsədilə Avropa regionu QHT-lərinin görüşü də keçirildi.
Görüşün “Avropa Biomüxtəliflik Konvensiyasının yerinə yetirilməsi” adlanan I hissəsində Avropa Şurasının işinə QHT-lərin cəlb olunması, Avropa təbii irsinin qorunmasında QHT-lərin cəlb olunması üçün birgə strategiyaların işlənib hazırlanması, həmçinin səmərəli layihə planlaşdırılması və idarə edilməsi mövzularında mühazirələr dinlənildi.
Daha sonra 3- “Şərq və Qərb arasında Avropa bioloji və landşaft müxtəlifliyinin strategiyasının işıqlandırılması”, “Maneəsiz yaşıl icmalar: Biomüxtəliflik Konvensiyasının həyata keçirilməsinə müxtəlif icmaların cəlb edilməsi” və “Mərkəzi Asiyada eko-şəbəkə layihəsi” layihə təklifinin təqdimatı oldu.