Qəbələdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Konfrans keçiriləcək
30 İyun 2010, 00:00
5-7 iyul 2010-cu il tarixində Qəbələdə Azərbaycan Respublikası Hökuməti və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq üzrə Avropanın Ətraf Mühit Nazirləri və ekspertlər səviyyəsində Konfrans keçiriləcək.
Konfransda Avropa dövlətlərinin Ətraf Mühit Nazirləri, BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye, Biomüxtəliflik Konvensiyasının İcraçı Katibi Əhməd Coqlaf və ekspertlərin iştirakı gözlənilir.
Nazirlər səviyyəsində keçiriləcək görüşün məqsədi 2010-cu il sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasının Bioloji müxtəliflik üzrə Seqmentinə Avropa regionunun töhfəsinin verilməsidir.