İran İslam Respublikasında Xəzər dənizinin Su Bioresursları Komissiyasının 31”“ci iclası keçirilmişdir
25 İyun 2010, 00:00
14-16 iyun 2010-cu il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Xəzər dənizinin Su Bioresursları Komissiyasının 31-ci iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin mütəxəssislərindən ibarət nümayəndə heyəti təmsil etmişdir. İclasda 6 məsələ gündəliyə salınmış və müzakirə olunmuşdur.
1-ci məsələdə Xəzərətrafı ölkələrin 2010-cu il üçün nəzərdə tutulmuş balıq ovu kvotasının mənimsənilməsi, su bioresurslarının artırılması və mühafizəsi haqqında hesabat dinlənilmiş və qəbul edilmişdir.
2-ci məsələdə tərəflərin balıq ehtiyatlarının öyrənilməsi üzrə 2010-cu ildə aparılmış elmi tədqiqat işləri barədə hesabat dinlənilmiş və qəbul olunmuşdur.
3-cü məsələdə 2010-cu il üçün balıq ovunun ümumi həddi və onun milli kvotalara bölünməsi məsələləri müzakirə edilmiş və 2008-ci ilə nisbətən (2009-cu ildə balıq ovu kvotası qəbul edilməmişdir) kvotanın ümumi həddi 7 faiz (Azərbaycan üzrə 6,7 faiz ) aşağı salınmaqla qəbul edilmişdir.
İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti bölgə balığının sənaye ovundan birtərəfli imtina etdiyi və onun ehtiyatlarından yalnız balıqartırma və elmi tədqiqat məqsədləri üçün istifadə edəcəyi barədə xüsusi bəyanatla çıxış edərək digər ölkələri də bu təklifə qoşulmağa çağırmışdır.
4-cü məsələdə Qazaxıstan Respublikasının Xəzərdə nərəcinsli balıqların ovuna ümumi qadağa (moratoriya) qoyulması təklifi müzakirə edilmişdir: İran İslam və Türkmənistan Respublikaları bu məsələnin ətraflı öyrənilməsini və hüquqi mexanizminin işlənilməsindən sonra baxılmasını təklif etmiş, Rusiya Federasiyası isə balıqartırma və elmi məqsədlər üçün istifadə şərtilə ovu saxlamağa razılığını bildirmişdir.
Qeyd edək ki, CİTES Konvensiyasının Tərəflərinin 14-cü konfransında 12.7 qətnaməsinə edilən dəyişiklik və əlavələrə əsasən hər hansı ölkə birtərəfli qaydada balıq ovuna qadağa qoya bilər. Azərbaycan Respublikası öz növbəsində çıxışında, bu qətnamədən istifadə edərək 4 növ nərə balığından ikisinin (kələmo (şip) balığına 1979-cu ildə, bölgə balığına isə 2009-cu ildə) ovuna birtərəfli qaydada qadağa qoyduğunu bəyan etmişdir. Qazaxıstan Respublikasına isə Azərbaycan tərəfinin nümunəsindən istifadə edərək, ehtiyatları kəskin azalan növlərin ovundan birtərəfli qaydada imtina etməyi və ya ümumi ovun azalması təklifinə baxmağı təklif etmişdir.
5-ci məsələdə BMT-nin Ərzaq Təşkilatının (FAO) Xəzərdə balıqçılıq təsərrüfatının idarə edilməsi üzrə apardığı layihənin müddətinin uzadılması barədə İran İslam Respublikasının təklifi müzakirə edilərək qəbul edilmişdir. Bu məqsədlə azı 3 Xəzərətrafı dövlətin Kənd Təsərrüfatı Nazirlərinin FAO təşkilatına müraciətinin vacibliyi bildirilmişdir.
6-cı məsələdə müxtəlif cari məsələlər müzakirə olunmuşdur.
İclasda Azərbaycan nümayəndə heyətinin təklifi ilə 2011-ci il üçün balıq ovu kvotasının qəbul edilməsinə həsr olunmuş növbəti 32-ci iclasın İran İslam Respublikasında dekabr ayının 1-ci ongünlüyündən gec olmayaraq keçirilməsi qəbul edilmişdir.
Su Hövzələrində Bioloji Resursların
Artırılması və Mühafizəsi Departamenti