Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 93 akt və protokol tərtib olunmuşdur

24 İyun 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 01-15 iyun tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 93 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 göstəriş verilmişdir. Ümumilikdə 24 iş üzrə 18635 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 6389 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 4 iş üzrə 196,15 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla) 223,15 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 224 iş üzrə 21303,31 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 18783 manat ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 27 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 10 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 4 icrası məcburi olan göstəriş verilmişdir. 2 iş üzrə 1000 manat məbləğində cərimə, 50 iş üzrə isə 6796 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 14 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 8 icrası məcburi olan göstəriş verilmişdir. 1 iş üzrə 60 manat məbləğində cərimə, 112 iş üzrə isə 7387,31 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunmuşdur. 1 iş üzrə 500 manat məbləğində cərimə, 9 iş üzrə isə 665 manat məbləğində ödəmə tətbiq olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 8 akt və protokol tərtib olunmuşdur. 4 iş üzrə 2400 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 44 manatın ödənilməsi təmin olunmuşdur. 2 iş üzrə 900 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 34 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 3 icrası məcburi olan göstəriş verilmişdir. 14 iş üzrə 12175 manat məbləğində cərimə, 51 iş üzrə isə 5555 manat məbləğində iddia tətbiq edilmişdir.
Fauna və floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 21 akt və protokol tərtib olunmuşdur. 4 iş üzrə 3500 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 4 iş üzrə 196,15 manat məbləğində iddia qaldırılmışdır.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 682 manat məbləğində cərimə ödənilmişdir.