“Orta Asiya ölkələrinin və Azərbaycanın ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində potensialının inkişaf etdirilməsi” adlı subregional seminar keçirilib
23 İyun 2010, 00:00
16-18 iyun 2010-cu il tarixlərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsveçrənin Ətraf Mühit üzrə Federal Departamenti ilə birgə “Orta Asiya ölkələrinin və Azərbaycanın ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində potensialının inkişaf etdirilməsi” adlı subregional seminar keçirmişdir.
Seminarda Azərbaycan ekspertləri ilə yanaşı Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstandan olan ətraf mühitin qiymətləndirilməsi sahəsində rəsmi dövlət ekspertləri, eyni zamanda, beynəlxalq aləmdə bu istiqamətdə fəaliyyət göstərən aparıcı təşkilatların - BMT-nin Avropa İqtisadi Komissiyasının, Transsərhəd Konteksdə Ətraf Mühitin Qiymətləndirilməsi Konvensiyasının, İsveçrənin Bern Universtitetinin, həmçinin, ictimaiyyətin bu proseslərdə fəal iştirakının təmin edilməsi məqsədilə bölgədə fəaliyyət göstərən Regional Ekoloji Mərkəzlərin rəhbərlərinin, yerli QHT-lərin, ölkəmizdə həyata keçirilən iri layihələrin iş icraçılarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə bu sahədə mövcud beynəlxalq modellərin ekspertlərə tanıdılması ilə yanaşı qonşu ölkələrin təcrübələrinə dair məruzələr edilmiş, bu istiqamətdə mövcud qanunvericilik bazası, problemlər və perspektivlərə dair diskussiyalar aparılmış, hazırlanmaqda olan “Azərbaycan Respublikasında Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında” Qanun Layihəsinin ilkin mətni üzərində müzakirələr təşkil edilmişdir.