Xəbərlər

Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət

22 İyun 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyun ayının 20-dən 21-nə keçən gecə və səhər yağan leysan yağışları nəticəsində Balakən-Şəki, bölgəsinin Şinçay, Kişçay, Ağçay, Hamamçay, Kürmükçay, Əyriçay, Daşağılçay çaylarından qısamüddətli daşqın keçmişdir.
Gürcüstan ərazisndə Qanıx çayının hövzəsinə yağan leysan yağışları nəticəsində, eyni zamanda, Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, son 6 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 21 sm artmışdır. Həmçinin, Gürcüstan ərazisndə Kür çayının hövzəsinə yağan leysan yağışları nəticəsində, son 6 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 52 sm artmışdır.
Hazırda ən yüksək sululuq Quba-Xaçmaz bölgəsi çaylarında və Balakən-Şəki bölgəsinin Kişçay çayında müşahidə olunur və ongünlük nomanın 116-261%-ni təşkil edir. Digər çaylarda isə normaya yaxın və normadan aşağı sululuq müşahidə edilir.

Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 588 m3/san (ongünlük normanın 145 %-)i təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində su sərfi 131 m3/san ( ongünlük normanın 80%-)i təşkil edir.
İyunun 21-də saat 08:00 -dan iyunun 22-də saat 08:00-dək Kur, Araz və Qanıx çaylarında səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyət aşağıdakı kimidir:
Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 358 sm, su sərfi 588 m3/s təşkil edir (səviyyə18 sm artıb ).
Kür çayının Yevlax məntəqəsində səviyyə 323 sm, su sərfi 535 m3/s təşkil edir (səviyyə 2 sm azalıb).
Kür çayının Zərdab məntəqəsində səviyyə 680 sm, su sərfi 690 m3/s təşkil edir (səviyyə 10 sm azalıb).
Kür çayının Surra məntəqəsində səviyyə 815 sm, su sərfi 1162 m3/s təşkil edir (səviyyə 5 sm azalıb).
Kür çayının Şirvan məntəqəsində səviyyə 733 sm təşkil edir (səviyyə 8 sm azalıb).
Kür çayının Salyan məntəqəsində səviyyə 726 sm, su sərfi 1130 m3/s təşkil edir (səviyyə 7 sm azalıb).
Kür çayının Bankə məntəqəsində səviyyə 423 sm təşkil edir (səviyyə 3 sm azalıb).
Araz çayının Novruzlu məntəqəsində səviyyə 553 sm, su sərfi 411 m3/s təşkil edir (səviyyə 10 sm azalıb).
Qanıx çayının Əyriçay məntəqəsində səviyyə 664 sm, su sərfi 132 m3/s təşkil edir (səviyyə 1 sm artıb).

6-9 iyun tarixlərindən başlayaraq 22 iyun tarixinədək Kür çayının Yevlax məntəqəsində səviyyə 184, Zərdabda 132, Surrada 83, Şirvanda 77, Salyanda 80, Bankədə 38, Araz çayının Novruzlu məntəqəsində isə 117 sm azalmışdır.