“Ekologiya ili” çərçivəsində media nümayəndələri üçün Hirkan Milli Parkına ekskursiya təşkil olunub
21 İyun 2010, 00:00
19 iyun 2010-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ekologiya ili” çərçivəsində Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara rayonlarının inzibati ərazisində yerləşən Hirkan Milli Parkına press-tur təşkil edib.
“2010 Ekologiya ili”“Yaşıl dünya naminə” devizi altında təşkil olunmuş tədbir media nümayəndələrini Hirkan Milli Parkının flora və faunası ilə tanış etmək məqsədi daşıyırdı.
Ölkənin 40-a yaxın aparıcı KİV nümayəndələrinin qatıldığı press-tur zamanı Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov jurnalistlərə park haqqında geniş məlumat verib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildiririk ki, 2004-cü ildə Milli Park yaranan zamanı ərazisi 21435 hektar olmuşdursa, hazırda parkın ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də, tədqiqatlar , turizm və istirahət üçün şəraitin təşkilidir.
Milli Park qoruq, yasaqlıq və turizm üçün istifadə olunan ərazilər də daxil olmaqla 3 hissəyə bölünür. Hirkan Milli Parkında 1204 bitki növü var ki, bu da Azərbaycanda olan bitki növlərinin 1/3-i deməkdir.
Park ərazisində şabalıdyarpaq palıd, dəmirağac, Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat və s. endemik ağaclar, eyni zamanda, leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən kimi quşlar, həmçinin, bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot kimi vəhşi heyvanlar da mühafizə olunur.
Tədbirin sonunda media nümayəndələri üçün Hirkan Milli Parkına ekskursiya təşkil olunub. Ekskursiyadan sonra jurnalistlərə milli parkla bağlı suallar ünvanlanıb. Mini müsabiqədə doğru cavab verərək 1-ci, 2-ci, 3-cü yeri tutan jurnalistlər mukafatlandırılıblar.
1-ci yeri “Zerkalo”qəzetinin əməkdaşı Gülqız Süleymanova, 2-ci yeri “Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova, 3-cü yeri “Ayna” qəzetin əməkdaşı Xəqani Səfəroğlu tutub.
Qeyd edək ki, Hirkan Milli Parkına ekskursiya Nazirliyin “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi kompleks tədbirlərin bir hissəsidir və gələcəkdə də bu cür tədbirlər ardıcıl olaraq təşkil ediləcəkdir.