Xəbərlər

Kür, Araz və Qanıx çaylarında mövcud vəziyyət

18 İyun 2010, 00:00


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, 2010-cu il iyunun 17-də saat 08:00-dan iyunun 18-də saat 08:00-dək Respublikanın Kür, Araz və Qanıx çaylarında səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyət aşağıdakı kimidir:
Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 358 sm, su sərfi 495 m3/s təşkil edir (səviyyə 18 sm artıb).
Kür çayının Yevlax məntəqəsində səviyyə 350 sm, su sərfi 600 m3/s təşkil edir (səviyyə 31 sm azalıb).
Kür çayının Zərdab məntəqəsində səviyyə 748 sm, su sərfi 854 m3/s təşkil edir (səviyyə 7 sm azalıb).
Kür çayının Surra məntəqəsində səviyyə 840 sm, su sərfi 1283 m3/s təşkil edir (səviyyə 4 sm azalıb).
Kür çayının Şirvan məntəqəsində səviyyə 760 sm təşkil edir (səviyyə 6 sm azalıb).
Kür çayının Salyan məntəqəsində səviyyə 749 sm, su sərfi 1242 m3/s təşkil edir (səviyyə 3 sm azalıb).
Kür çayının Bankə məntəqəsində səviyyə 435 sm təşkil edir (səviyyə 3 sm azalıb).
Araz çayının Novruzlu məntəqəsində səviyyə 588 sm, su sərfi 471 m3/s təşkil edir (səviyyə 5 sm azalıb).
Qanıx çayının Əyriçay məntəqəsində səviyyə 646 sm, su sərfi 108 m3/s təşkil edir (səviyyə 3 sm artıb).