Eks-məhbus ayının fikirləri
16 İyun 2010, 00:00
02 iyun 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçtuna Ramil Məhərrəmov adlı vətəndaşdan şikayət məktubu daxil olmuşdur.
Məktubda R.Məhərrəmov ötən ilin payızında Quba-Xınalıq yolunun kənarında fəaliyyət göstərən restoranlardan birində kiçik qəfəsdə pis şəraitdə saxlanılan ayının dərhal azad olunması istiqamətində tədbir görülməsini xahiş etmişdir. Eyni zamanda, şikayətçi tədbir görülməyəcəyi halda beynəlxalq kompaniyaya başlayacağı barədə xəbərdarlıq da etmişdir.
Məsələ ilə bağlı həmin ayının fikirlərini sizə təqdim edirik:
Mən hələ balaca ikən bir brakonyer mənim anamı öldürüb, məni də Quba-Xınalıq yolunun kənarındakı kafe sahibinə 50 manata satdı. O kafedə məni dar qəfəsdə tör-töküntü ilə böyütdülər.
Mənim 1 yaşım olmamış qəfəsim yerləşən kafenin yanından bir dəstə qalstuklu adam dağlara doğru gedirdi. Onların arasındakı bir qalstuksuz kişi əsəbi şəkildə yanındakı qalstuklu kişilərə nə isə dedi və məni göstərdi. Onlar gedən kimi bir neçə hirsli kişi mənim əsir olduğum kafeyə yaxınlaşdı və kafenin rəhbərini cərimələdi, məni isə 2009-cu ilin dekabr ayında dar qəfəsdən Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına köçürdülər.
İndi mənim qəfəsim də xeyli böyükdür, yeməyim də babatdır (düzdür, daha yaxşı ola bilərdi) və burada mənə tez-tez Akademiyadan, digər təşkilatlardan baş çəkənlər də olur. Məni hətta tibbi müayinədən də keçiriblər.
Klinikadakıların danışıqlarından belə başa düşürəm ki, bu yaxınlarda məni Böyük Qafqaz dağlarının ucqar ərazilərində, yaxınlıqda yaşayış məntəqəsi olmayan yerdə azadlığa buraxacaqlar.
Elə ona görə də, Ramil Məhərrəmovdan xahiş edirəm bunu nəzərə alsın. Nəzərə almasa, mən Ramil müəllimə qarşı beynəlxalq kompaniyaya başlayacağam. Amma əmin deyiləm ki, bu kompaniya dadıma çatsın. Eşitdiyimə görə, belə kompaniyalar təbiətin, mənim kimilərin maraqlarını düşünmür, onların başqa səbəbləri var. Bu belə olmasa idi, məsələ ilə bağlı internet şəbəkəsi vasitəsilə beynəlxalq kompaniyaya başlamaq hədəsindənsə (?!), vaxtında (yəni elə payızda!) aidiyyəti qurumları məlumatlandırardı. Amma hər halda qoy Ramil müəllim mənim bu günümü də az-çox nəzərə alsın. Yoxsa günlərin bir günü mən onu dağlarda tutub yeyəcəyəm.
İmza: Xınalıq yolundakı kafenin keçmiş məhbusu və
hazırda reabilitasiya keçən ayı