Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ilə müsahibə
12 İyun 2010, 00:00
Sual: Bu ilki ov mövsümü nə zaman açılacaq?
Cavab: Azərbaycan Respublikası ərazisində 2010-2011-ci il üçün ov mövsümü 05 iyun 2010-cu il tarixindən etibarən açıq elan edilmişdir.
Sual: Bu ilki ov mövsümündə Respublika ərazisində vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə icazə verilir?
Cavab: Respublika ərazisində 2010-2011-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri aşağıdakı kimi müəyyən edilmişdir;
”¢ Təkənin 05 iyun-23 oktyabr 2010-cu il tarixlərində;
”¢ Qabanın (çöl donuzu) 13 sentyabr -25 dekabr 2010-cu il tarixlərində;
”¢ Dovşanın 11 dekabr 2010-cu il- 05 fevral 2011-ci il tarixlərində;
”¢ Bataqlıq qunduzunun (nutriya) 16 oktyabr 2010-cu il-26 fevral 2011-ci il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.
”¢ Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.
Sual: Ovçular hansı ərazilərdə ov edə bilərlər?
Cavab: Vəhşi heyvanların sayının tənzimləməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
”¢ Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı;
”¢ Təkə - Zaqatala, Şəki, Qax, Oğuz ;
”¢ Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.
Sual: Ov etmək üçün icazə hansı təşkilatlardan alınmalıdır və onların dəyəri nə qədərdir?
Cavab: Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.
Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilmişdir:
”¢ Dovşana 2 manat 20 qəpik;
”¢ Çaqqala 3 manat 96 qəpik;
”¢ Yenota və qunduza 1 manat 65 qəpik;
”¢ Təkəyə 24 manat 75 qəpik;
”¢ Qabana (çöl donuzu) 16 manat 50 qəpik təşkil edir.
Sual: Hansı ərazilərdə ov edilməsi qadağandır?
Cavab: Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan 1 kilometrə qədər sahələrdə ov qadağan edilmişdir.
Saytın Administrasiyası