Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 2010-cu ilin 5 ayı ərzində daxil olan müraciətlər
11 İyun 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”i vasitəsilə Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində baş verən ekoloji fəlakətlər, ətraf mühitin mühafizəsi ilə əlaqədar hüquq pozuntuları və digər narahatedici hallar barədə məlumatlar qəbul edilir.
24 saat fəaliyyət göstərən Nazirliyin “Qaynar xətt”lərinə 2010-cu ilin 5 ayı ərzində ümumilikdə 280 sayda müraciət daxil olmuşdur.
Daxil olan müraciətlər aşağıdakı məsələlərlə bağlıdır:
”¢ Ağacların aşma təhlükəsinin olması barədə - 184 şikayət
Ağacların aşma təhlükəsinin olması ilə bağlı daxil olan şikayətlərdən 181-nə baxılmışdır: onlardan 23 şikayətin əsassız olduğu müəyyən edilmiş, 38 şikayət üzrə yerində baxış keçirilərək ağacların aşdığı və aidiyyəti təşkilatlar tərəfindən doğranaraq daşındığı müəyyən olunmuşdur. 3 şikayət araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilmişdir. 117 şikayətə vətəndaşlarla birlikdə yerində baxış keçirilərək Dövlət Ekspertiza İdarəsi tərəfindən qanunamüvafiq qaydada rəy verilmişdir. 3 şikayətə baxılması isə hazırda icradadır.
”¢ Ağacların kəsilməsi ilə bağlı - 40 şikayət
Daxil olmuş şikayətlər Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılmış, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılmış, inzibati hüquq pozuntuları ilə əlaqədar hüquq mühafizə və məhkəmə orqanlarına müraciətlər edilmişdir. Pozuntuların qarşısını almaq məqsədilə Bakı şəhər və rayon icra hakimiyyətlərinə telefonoqramlar göndərilmişdir.
”¢ Tullantıların qalaqlanması və yandırılması ilə əlaqədar - 18 şikayət
Şikayətlər Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunamüvafiq qaydada araşdırılmış və şikayətçilərə cavab məktubu göndərilmişdir.
”¢ Radiasiya ilə əlaqədar - 1 şikayət
“Azercell” şirkətinin quraşdırdığı stansiyanın təsiri ilə əlaqədar daxil olmuş şikayət araşdırılmışdır. Araşdırma zamanı stansiya barədə sənədlərin və gigiyenik sertifikatın olması məlum olmuşdur.
”¢ Yerin təki ilə bağlı -1 şikayət
Daxil olmuş şikayət Nazirliyin aidiyyəti qurumunun əməkdaşları tərəfindən qanunamüvafiq qaydada araşdırılmış və şikayətçiyə cavab məktubu göndərilmişdir.
”¢ Çirkab suların axıdılması ilə bağlı - 4 şikayət
Şikayətlər Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunamüvafiq qaydada araşdırılaraq tədbir görülmüş və şikayətçilərə bu barədə cavab məktubu göndərilmişdir.
”¢ Torpaq sürüşməsi ilə bağlı - 13 şikayət
Daxil olmuş 13 şikayətdən 10-u ilə bağlı həmin ərazilərdə Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən mühəndis geoloji tədqiqatlar aparılmış və aidiyyəti orqanlara məlumat verilmişdir. Qalan 3 müraciətlə bağlı isə tədqiqatlar aparılır.
”¢ Atmosfer havasının çirklənməsi ilə bağlı - 12 şikayət
Şikayətlər Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən araşdırılmış və şikayətçilərə cavab məktubu göndərilmişdir.
”¢ Səs-küyün neqativ təsirinə dair - 7 şikayət
Daxil olmuş şikayətlər Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən araşdırılmış və müvafiq tədbir görülərək şikayətçilərə cavab məktubu göndərilmişdir.
Qeyd edək ki, daxil olan müraciətlər “Qaynar xətt”də növbətçiliyi həyata keçirən şəxs tərəfindən xüsusi olaraq ayrılmış kitabda qeydə alınır. Uçotu aparıldıqdan sonra dərhal tədbir görülməsi üçün Nazirliyin aidiyyəti qurumlarına ünvanlanır və icrası nəzarətdə saxlanılır.