Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 147 akt və protokol tərtib olunmuşdur

10 İyun 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 15-31 may tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 147 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 göstəriş verilmişdir. Ümumilikdə, 52 iş üzrə 76053,17 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 5046,61 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 50 iş üzrə 10573,45 manat məbləğində iddia qaldırılmış, ondan 2145,71 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 91 iş üzrə 18918,6 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 28074,31 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 12 işdən 6-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 30 işdən 3-nə, məhkəmələrə göndərilmiş 11 işdən 7-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 16 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 8 icrası məcburi olan göstəriş verilmişdir. 2 iş üzrə 1740 manat məbləğində cərimə, 15 iş üzrə isə 3354 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 16 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 14 icrası məcburi olan göstəriş verilmişdir. 3 iş üzrə 950 manat məbləğində cərimə, 39 iş üzrə isə 6921,8 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 18 akt tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 3 icrası məcburi olan göstəriş verilmişdir. 18 iş üzrə 26716,45 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 1 iş üzrə 423,5 manat məbləğində iddia qaldırılmış və ödənilməsi təmin edilmişdir. 5 iş üzrə 375 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 1 akt tərtib olunmuşdur. 6 iş üzrə 3600 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 1 iş üzrə 16,50 manat məbləğində iddia qaldırılmış, 1 iş üzrə isə 2194,21 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 29 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 18 icrası məcburi olan göstəriş verilmişdir. 8 iş üzrə 21360 manat məbləğində ödəmə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 1 iş üzrə 50 manat məbləğində iddia qaldırılmış və ödənilməsi təmin olunmuşdur. 30 iş üzrə 6023,59 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 56 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 1 icrası məcburi olan göstəriş verilmişdir. 13 iş üzrə 20906,72 manat məbləğində cərimə tətbiq edilmiş, 36 iş üzrə isə 5779,45 manat məbləğində iddia qaldırılmışdır. 1 iş üzrə 50 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Faunanın mühafizəsi üzrə 5 akt tərtib olunmuşdur. 1 iş üzrə 30 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 2 iş üzrə 222,52 manat məbləğində iddia ödənilmişdir.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 6 akt və protokol tərtib olunmuşdur. 1 iş üzrə 750 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 11 iş üzrə 4304 manat məbləğində iddia qaldırılmışdır.