Yanğının qarşısı alınmışdır
05 İyun 2010, 00:00
Son günlər Respublikamızın ərazisində havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il olduğu kimi cari ildə də qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Bütün bunlara baxmayaraq, bəzi fermer və digər torpaq mülkiyyətçilərinin məsuliyyətsizliyi və bir sıra bələdiyyə rəhbərlərinin bu vacib və ciddi problemə laqeyd münasibəti üzündən yanğın hadisəsi baş vermişdir.
2010-cu il 06 iyun tarixində saat 17:00 radələrində Yevlax rayonunun Çənlibel qəsəbəsinə gedən asfalt yolla dəmir yolu arasındakı ərazidə baş vermiş yanğın qərb istiqamətindən əsən külək nəticəsində meşə fondunun 20 hektar açıq ərazisinə keçmişdir.
ETSN-nin yerli Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizəsi xidməti işçilərinin, həmçinin yerli əhalinin köməkliyi ilə yanğın qısa müddət ərzində tam söndürülmüşdür.
Yanğın vaxtında və operativ qaydada söndürüldüyündən meşə fonduna ziyan dəyməmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.