“Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları mövzusunda Beynəlxalq ekoregion Konfransı və İƏT-ə üzv ölkələrin Ekoturizm üzrə II Ekspert Qrupunun görüşü” keçiriləcək
09 İyun 2010, 00:00
2010-cu ilin 10-12 iyun tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə İqtisadi Əməkdaşlıq Təşkilatlarına üzv ölkələrin Ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərinin müəyyən edilməsinin əsasları” mövzusunda Beynəlxalq ekoregion konfransı keçirəcək.
Tədbirdə aşağıda adları qeyd olunan təqdimatlar və məsələlər müzakirə olunacaq:
1. Azərbaycanın Milli Parklarının ekoturizm potensialı;
2. Cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə;
3. Milli Parklardə ekoturizm fəaliyyətinin tənzimlənməsi;
4. Müasir dövrdə davamlı turizmin (turbiznesin) inkişafında ekoturizmin rolu;
5. Azərbaycanın Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursu;
6. Şirvan Milli Parkında ekoturizmin inkişafı: perspektivlər- problemlər;
7. Şirvan Milli Parkı ərazisində davamlı ekoturizm fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri;
8. Zaqatala rayonunda ekoturizmin inkişaf perspektivləri;
9. Azərbaycanda aqroekoturizmin inkişaf etdirilməsinə dair (Abşeron yarımadası, Çaylı kəndi timsalında);
10. Konkret bir ekoturizm məhsulunun təqdimatı.
Tədbirin son günü-12 iyun tarixində isə iştirakçılar üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkına ekskursiya təşkil ediləcək.