BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Kristof Buvye mətbuat konfransı keçirib
04 İyun 2010, 00:00
03 iyun 2010-cu il tarixdə Bakıda səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru cənab Kristof Buvye Ekologiya və Təbii Sərvətlər Nazirliyində jurnalistlər üçün mətbuat konfransı keçirib.
Buvye, bəzi xarici reytinq cədvəllərində Bakının çirkli şəhərlər siyahısına salınmasına münasibət bildirərək, Bakını çirkli şəhər adlandıran şəxslərə bu gözəl paytaxta səyahət etmələrini tövsiyə edib.
Eyni zamanda, o, vurğulayıb ki, Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması ilə bağlı çox ciddi və təqdirəlayiq işlər görülür. “Mən özüm də bunun canlı şahidi oldum. 2010-cu ilin “Ekologiya ili” elan edilməsi buna ən gözəl sübutdur. Düşünürəm ki, gələcəkdə Azərbaycanda bu sahədə çox mühüm nailiyyətlər əldə olunacaqdır”.
BMT tərəfindən ətraf mühitin mühafizəsinin qiymətləndirilməsi sahəsi üzrə yeni hesabatın hazırlandığını deyən K.Buvye, bu sənəddə Azərbaycanla bağlı çox müsbət qeydlər olduğunu bildirmiş və məlumat vermişdir ki, hesabat təxminən bir aydan sonra ictimaiyyətə açıqlanacaq və rəsmi şəkildə Azərbaycan dövlətinə təqdim olunacaq.
5-7 iyul 2010-cu il tarixdə “İqlim dəyişmələri və biomüxtəliflik” mövzusunda Qəbələdə reallaşacaq BMT-nin Baş Assambleyasının sessiyasına hazırlıq üzrə Avropa ölkələrinin ekologiya nazirlərinin konfransının keçiriləcəyi yerlə tanışlıq və hazırlıq prosesini izləmək məqsədi ilə cənab Buvye Qəbələdə olub.
Qəbələ ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Buvye Azərbaycanın bu regionuna səfərinə qədər dünyanın çoxlu sayda ölkələrindən nümayəndələrin iştirak edəcəyi belə bir yüksək səviyyəli tədbirin keçirilməsinə hazırlıq səviyyəsinin onu çox narahat etdiyini deyib. Lakin səfər zamanı bölgənin dünya səviyyəli bu cür tədbirin keçirilməsinə tam hazır olduğunu görən Buvye, sözügedən ərazidə lazım olan infrastrukturun yaradıldığını və artıq heç bir narahatlığa əsas olmadığını jurnalistlərin diqqətinə çatdırıb.
O, həmçinin, qeyd edib ki, Qəbələdə bu beynəlxalq konfransın keçirilməsi üçün hər cür şərait vardır. Konfransın Azərbaycanda keçirilməsinin məqsədi bu ölkədə ekologiya sahəsində görülən işlərə dünya ictimaiyyətinin diqqətini yönəltməkdir. Onun sözlərinə görə, Azərbaycan hökuməti və cəmiyyəti birgə təbii sərvətlərin qorunması məsələsində gördüyü işlərə görə də digər ölkələrə nümunədir.
Buvyenin sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən aparılan uğurlu siyasət nəticəsində nəinki paytaxtda, hətta regionlarda da sürətli inkişaf müşahidə olunur. “Azərbaycan ekologiya sahəsində son illər çox inkişaf edib və hazırda irəlidə gedən ölkələrdən biridir. Bu da Prezident İlham Əliyevin ekologiya sahəsinə göstərdiyi diqqətin nəticəsidir".