BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru cənab Kristof Buvye Bakıda səfərdədir
03 İyun 2010, 00:00
Xəbər verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycanın Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün baş şəhərlər elan edilmişdir.
“Dünya Ətraf Mühit günü-2010”-a Avropa regionu üzrə öndərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir.
Ümumdünya Ətraf Mühit Günü münasibətilə bu il “Çoxlu növlər, bir planet, bir gələcək” devizi altında həyata keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru cənab Kristof Buvye Bakıdadır.
03 iyun 2010-cu il tarixində cənab Kristof Buvye Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra isə ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etmişlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət və Qeyri-Hökumət Təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, Kütləvi İnformasiya Vasitələrinin, ümumilikdə 2000 nəfərdən çox əməkdaşının iştirakı ilə Zığ-Heydər Əliyev adına hava limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil olunmuş kütləvi ağacəkmə kompaniyasında cənab Kristof Buvye də iştirak etmişdir.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunmuş “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi-jurnalistlər arasında yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
Tədbirin sonunda Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.