Xəbərlər

Sabirabad şəhərində quraşdırılmış sutəmizləyici qurğulardan əhali böyük razılıqla istifadə edir

01 İyun 2010, 00:00

Kür çayının daşması nəticəsində əhalinin içməli su ilə təminatında yaranmış problemlərin aradan qaldırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Sabirabad şəhərinin müxtəlif yerlərində iki ədəd modul tipli sutəmizləyici qurğu quraşdırılmışdır.
Hər birinin gündəlik təmizləmə gücü 60 ton olan sutəmizləyici qurğulardan hazırda əhali gen-bol istifadə edir.
İçməli suya yenidən tələbat yaranacağı təqdirdə ETSN tərəfindən əlavə qurğular quraşdırılmaqla şəhərdə içməli suyun gündəlik həcmi 500 tona çatdırılacaqdır.