Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

08 Noyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 65 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 127 m3/s və ongünlük normanın 68 faizini təşkil etmişdir.

Noyabrın 08-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 71 m3/s təşkil etmiş və ongünlük normanın 84 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 6 sm, Salyanda 7 sm, Bankədə 3 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınmışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2012-ci il noyabrın 08-də 367 sm), Şirvanda 165 sm (2012-ci il noyabrın 08-də 252 sm ), Salyanda 123 sm (2012-ci il noyabrın 08-də 200 sm ), Bankədə 182 sm (2012-ci il noyabrın 08-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 96 sm (2012-ci il noyabrın 08-də 178 sm) təşkil edir.