Baş Şirvan kollektorunun Xəzər dənizi ilə qovuşan hissəsi ciddi nəzarətə götürülmüşdür
29 May 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçtuna vətəndaşlar - R.Tağıyev, B.Əliyev və V.Prokofyev tərəfindən Salyan rayonu ərazisində Şirvan kanalının dənizlə birləşən hissəsində balıqların ovlanması ilə əlaqədar daxil olmuş şikayət məktublarında göstərilən qanun pozuntuları Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılmışdır.
5-6 aprel və 12-13 aprel 2010-cu il tarixlərdə Nazirliyin əməkdaşları tərəfindən Şirvan kanalının Xəzər dənizi ilə birləşən hissəsində SÇS “Yuq” gəmisi ilə aparılan reydlər zamanı Baş Şirvan kollektorunun dənizlə qovuşan sahəsində balıq ovlamaq məqsədilə naməlum şəxslər tərəfindən qurulmuş 11 ədəd qadağan olunmuş ov aləti sayılan sintetik axçalı balıq torları aşkar edilərək yığışdırılmış və barələrində müvafiq aktlar tərtib edilmişdir.
Nazirliyin əməkdaşlarının 26-27 aprel 2010-cu il tarixlərdə apardıqları növbəti reyd zamanı isə həmin kollektorun Xəzərə töküldüyü ərazidən 15 ədəd sintetik axçalı balıq torları toplanaraq müvafiq akt tərtib olunmuşdur.
Sözügedən ərazi Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ciddi nəzarətə götürülərək mütəmadi olaraq keçirilən reydlərlə nəzarət gücləndirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublikamızın su hövzələrində, o cümlədən, Şirvan kanalında və kanalın Xəzər dənizi ilə birləşən hissəsində davamlı olaraq qanunsuz balıq ovuna qarşı mübarizə aparır, qanunsuz ov alətlərinin ərazilərdən çıxarılaraq məhv edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirir.