Xəbərlər

Sabirabad rayonunun mərkəzində İsrail istehsalı olan sutəmizləyici qurğu quraşdırılmışdır

21 May 2010, 00:00

Kür çayının daşması ilə əlaqədar Sabirabad rayonun əhalisinin içməli su təminatında yaranmış problemlər Azərsu ASC tərəfindən tədricən aradan qaldırılır.
Eyni zamanda, hazırki şəraitdə Sabirabad rayon əhalisinin içməli suya olan təlabatı Azərsu ASC tərəfindən tam aradan qaldırılana qədər əhalinin alternativ mənbədən təmiz içməli su ilə təmin edilməsi məqsədilə ETSN tərəfindən qısa müddət ərzində İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğu gətirilərək rayon mərkəzində quraşdırılmış və istifadəyə verilmişdir.
21 may 2010-cu il tarixində Sabirabad rayonunun mərkəzində quraşdırılmış, sutka ərzində təmizləmə gücü 60 ton olan modul tipli sutəmizləyici qurğuya Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov tərəfindən baxış keçirilmişdir.
Baxış zamanı qurğunun effektiv çalışdığı müəyyən edilmişdir.
Hazırda istifadəyə verilmiş sutəmizləyici qurğu fasiləsiz olaraq fəaliyyət göstərir. Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su çənlərə yığılaraq rayon əhalisi tərəfindən istifadə olunur və eyni zamanda uşaq baxçalarına, məktəblərə, düşərgələrə maşınlarla daşınır.
Yaxın bir-iki gündə içməli suya əlavə təlabatın olduğu müəyyən edilərsə, ETSN tərəfindən əlavə qurğular quraşdırılacaq və təmizlənən suyun həcmi sutkada 500 tona çatdırıla biləcəkdir.