Xəbərlər

Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət

19 May 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Respublikanın əksər çaylarında yüksək sululuq davam etməkdədir. Belə ki, ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 120-360, Balakən-Şəki bölgəsi çaylarında 90-284, Kiçik Qafqaz çaylarında isə 148-245%-ni təşkil edir. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq normadan aşağıdır(120-145%).
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 15 sm artaraq, Şəmkir su anbarına axım ongünlük normanın 117 %-i olmaqla 840 m3/san təşkil edir.
Qanıx çayının Əyrıçay məntəqəsində səviyyə 8 sm artaraq, Mingəçevir su anbarına axım ongünlük normanın 120%-i olmaqla 244 m3/san təşkil edir.
Araz çayının Qıvraq məntəqəsidə səviyyə 11 sm azalaraq, Araz su anbarına axım ongünlük normanın 191%-i olmaqla 736 m3/san təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 19-da Kür çayının Yevlax məntəqəsində səviyyə 5, Zərdabda 2, Surrada 10, Şirvanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 13 sm artmışdır.
Hazırda Kür çayının Zərdab məntəqəsində səviyyə 768 sm, su sərfi 891 m3/s, Surrada səviyyə 940 sm, su sərfi 1900 m3/s, Salyanda səviyyə 849 sm, su sərfi 1845 m3/s, Şirvanda səviyyə 852 sm, Bankədə səviyyə 505 sm, Araz çayının Novruzlu məntəqəsində isə səviyyə 719 sm, su sərfi 760 m3/s təşkil edir.
Gözlənilən sululuq
Mayın 24-dək ölkə ərazisində və qonşu ölkələrdə Kür, Araz və Qanıx çaylarının hövzələrində gözlənilən leysan xarakterli intensiv yağışlarla əlaqədar, eyni zamanda, qeyd olunan çaylara tökülən qollarda sululuğun kəskin artması nəticəsində, Kür çayının aşağı axınında səviyyənin daha da kəskin artacağı gözlənilir.