Laçın rayonunun işğalından 18 il keçir
18 May 2010, 00:00
Laçın rayonunun işğalından 18 il keçir.
Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi narzan tipli müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min m3 olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ehtiyatları 5125 min m3 olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları 15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları vardır.
Hal-hazırda işğal altındakı Qaragöl Dövlət Təbiət Qoruğu (ümumi sahəsi 240 ha) və Dövlət Təbiət Yasaqlığı (ümumi sahəsi 20 min ha) müxtəlif növ zənginliyinə malik idi. Təkcə qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var idi.
1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədi ilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı 96 baş bezoar keçisi, 360 baş qaban, 320 baş cüyür, 110 baş ayı, eləcə də çoxlu sayda canavar, porsuq, dələ və s. heyvanlar, 200 baş qırqovul, 1500 baş kəklik və s. quşlar qeydə alınmışdır. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) ağacı vardır. Həmin ağacın materialından qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə edilirdi. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılmışdır.
Laçın rayonu üzrə 33285 ha meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26647 ha (80,05%) idi. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.
Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, meşə təsərrüfatının dövlət meşə fondunda 1092 ha sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.