Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət
17 May 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mayın 15-də axşam saatlarında və mayın 16-na keçən gecə yağan intensiv leysan yağışı nəticəsində əksər çaylarda, o cümlədən, Kür, Araz və Qanıx çaylarının yuxarı axınında sululuğun artımı qeydə alınmışdır.
Hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 120-344, Balakən-Şəki bölgəsi çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 132-203%-ni təşkil edir. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq normadan aşağıdır (ongünlük normanın 120-145%-i) .
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 760 (ongünlük normanın 106 %-i), Qanıx çayından Mingəçevir su anbarına axım isə 223 m3/san (ongünlük normanın 110%-i) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 15-də axşam saatlarında və mayın 16-na keçən gecə yağan intensiv leysan yağışı nəticəsində Kür, Araz, Qanıx çaylarında və onlara tökülən qollarda sululuğun artması nəticəsində mayın 17-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 10, Surrada 11, Şirvan və Salyanda 15, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 8 sm artmışdır.
Gözlənilən sululuq
Mayın 15-də axşam və mayın 16-na keçən gecə yağan intensiv leysan yağışı nəticəsində Respublikanın ərazisində, o cümlədən, qonşu ölkələrdə Kür, Araz, Qanıx çaylarının hövzələrində sululuğun artımı qeydə alınmışdır ki, bununla əlaqədar yaxın günlərdə Kür çayının aşağı axınında səviyyənin artımının davam edəcəyi gözlənilir.