Fəlakətin nəticələri birgə aradan qaldırılır
15 May 2010, 00:00
Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün və bu məsələlərin həllinə yönəlmiş işlərin təşkili, istiqamətləndirilməsi, əlaqələndirilməsi, fövqəladə halların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi qərargah yaradılmış və zəruri tədbirlər həyata keçirilməkdədir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 300-dən çox əməkdaşı təbii fəlakət zonasında Saatlı və İmişli rayonlarında və Sarısu gölu ətrafında bəndlərin bərpa edilməsi işinə səfərbər olmuşlar.
Eyni zamanda qeyd edirik ki, Meşə Mühafizəsi və Bərpası Müəssisələri tərəfindən bəndlərin bərkidilməsi üçün 100 maşından artıq kol materialı və şax tədarük edilərək təbii fəlakət zonasına daşınmış və hal-hazırda da kol və şaxların daşınması davam edir. Nazirliyin daxili imkanları hesabına fəlakət zonasına müvafiq texnika, yanacaq, geyim əşyaları, ərzaq məhsulları göndərilmişdir. Eyni zamanda meteorologiya və monitorinq xidmətləri gücləndirilmiş iş rejiminə keçərək fəlakət zonasında hava şəraiti barədə məlumatları mütəmadi olaraq aidiyyəti qurumlara çatdırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəlmiş tədbirləri digər dövlət qurumları ilə əlaqəli şəkildə yerinə yetirir.

Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Qərargahı
Nazirliyinin Qərargahı