Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı keçirilib
15 May 2010, 00:00
15 may 2010-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq ekspertlərin iştirakı ilə BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə qışlaqların, yaylaqların və meşələrin davamlı idarə edilməsi ilə bağlı layihəyə həsr edilmiş mətbuat konfransı keçirilib.
Mətbuat konfransını açan Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə qışlaqların, yaylaqların və meşələrin davamlı idarə edilməsi ilə bağlı layihə barədə məlumat verərək, mövcud torpaqların əsasən icarə yolu ilə fermerlərə verildiyini, Azərbaycanda yarımköçəri maldarlığın mövcud olduğunu, heyvanların yayda dağlara, qışda isə qışlaqlara aparıldığını, qoyunçuluq və maldarlıq təsərrüfatı ilə məşğul olan fermerlər mal-qaranın sayını artırdıqca, otlaq sahələrinin daha çox deqradasiyaya uğradığını vurğulayıb.
H.Bağırov həmçinin bildirib ki, qışlaqların, yaylaqların və meşələrin idarə olunması ilə bağlı beynəlxalq aləmdə qabaqcıl təcrübələr mövcuddur və Azərbaycanın bununla bağlı layihələrə ehtiyacı var.
Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin direktoru səlahiyyətlərini icra edən Nura Həmlacı 1 ildən sonra başlanacaq layihənin pilot olaraq bir neçə ərazidə həyata keçiriləcəyini, layihənin nəticələri özünü doğruldarsa, tədbirlərin digər ərazilərdə də tətbiq olunacağını bildirib. O, həmçinin qeyd edib ki, maldarlıq və qoyunçuluqla məşğul olan fermerlər bu fəaliyyətlə mütəmadi məşğul olmaq istəyirlərsə, o zaman bu layihənin icrasına dəstək olmalıdırlar. “Otlaq və meşə sahələrinin davamlı idarə olunması” layihəsi torpaqların deqradasiyaya uğramasının və çox istifadə olunmasının qarşısının alınmasına, meşə, yaylaq, qışlaq torpaqlarının səmərəli idarə olunmasına imkan verəcək.
Proqramın eksperti Cefri Qriffin isə bildirib ki, onlar Azərbaycan tərəfini lazımi avadanlıq və proqramlarla təmin edəcək, müxtəlif ölkələrdə əldə olunmuş qabaqcıl təcrübəni Azərbaycana gətirəcəklər. Həmçinin o, layihənin meşə və otlaqların təbii sağlamlığının qorunması və bərpasına, otlaqların həddən artıq istifadə olunmasının və torpaq eroziyasının qarşısının alınmasına kömək edəcəyini vurğulayıb.
Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı dünyanın 45 ölkəsində torpaqların deqradasiyaya uğramasının qarşısını almağa kömək edən layihələr həyata keçirir.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.