Respublikanın dağ çaylarında faktiki vəziyyət və gözlənilən sululuq
13 May 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 13 may 2010-cu il tarixində Quba-Xaçmaz, Balakən-Şəki, Qəbələ-İsmayıllı, Qazax-Gəncə bölgəsi çaylarında və Tərtərçayda yüksək sululuq müşahidə olunmaqdadır. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq norma daxilində və hətta bir qədər aşağıdır.
Quba-Xaçmaz bölgəsi çaylarında - Qusarçay-Kuzunda su sərfi 17,5 m3/san (ongünlük normanın 220 %-i), Qudyalçay-Küpçalda 18,5 m3/san (ongünlük normanın 150 %-i), Vəlvələçay-Təngəaltıda 12,2 m3/san (ongünlük normanın 130 %-i) təşkil edir.
Balakən-Şəki bölgəsi çaylarında - Talaçay-Zaqatalada su sərfi 5,33 m3/san (ongünlük normanın 80%-i), Kişçay-Kişdə 5,19 m3/san (ongünlük normanın 163%-i), Kürmükçay-İlisuda 14,8 m3/san (ongünlük normadan artıq) təşkil edir.
Qəbələ-İsmayıllı bölgəsi çaylarında - Göyçay-Göyçayda su sərfi 58 m3/san (ongünlük normanın 297%-i), Türyançay-Hidrouzeldə 43 m3/san, Dəmiraparançay-Qəbələdə 10,4 m3/san, Girdimançay-Qaranohurda 4,85 m3/san təşkil edir ki, bu göstəricilər də ongünlük normadan bir qədər artıqdır.
Lənkəran-Astara bölgəsi çaylarında - Lənkərançay-Lənkəranda su sərfi 2,80 m3/san (ongünlük normanın 40%-i), Lənkərançay-Sifidorda 1,80 m3/san (ongünlük normanın 30%-i), Vəşəru- Daştatükdə 2,00 m3/san (ongünlük normanın 35%-i)təşkil edir.
Qazax-Gəncə bölgəsi çaylarında - Gəncəçay-Zurnabadda su sərfi 12,4 m3/san (ongünlük normanın 132%-i), Kürəkçay-Çaykənddə 11,4 m3/san (ongünlük normanın 198%-i) təşkil edir.
Tərtərçayda isə işğal zonasında yerləşən Sərsəng su anbarından böyük həcmdə suyun buraxılması davam edir, buraxılan suyun miqdarı 76 m3/san təşkil edir ki, bu da çayın aşağı axınında böhran vəziyyət yaradır.
Gözlənilən sululuq:
May ayının 15-dən 16-dək, əsasən, gecə və axşam saatlarında ölkənin bəzi rayonlarında, eyni zamanda, Gürcüstan ərazisində gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Mayın 16-da gündüz saatlarından havanın nisbətən sabitləşməsi, mayın 17-də də əsasən yağmursuz keçməsinə baxmayaraq, yüksək dağlıq ərazilərdə qar örtüyünün əriməsi hesabına çaylarda yüksək sululuğun davam edəcəyi, lakin ötən günlərlə müqayisədə sululuğun nisbətən azalması və tədricən ongünlük normaya yaxınlaşması gözlənilir.
Kür, Araz, Qanıx çayları üzrə: Kür-Qıraqkəsəməndə su sərfi 760 m3/s (səviyyə 10 sm azalıb), Kür-Yevlaxda 672 m3/s (səviyyə 20 sm artıb), Kür-Zərdabda 848 m3/s (səviyyə 4 sm artıb), Kür-Surrada 1540 m3/s (səviyyə 4 sm azalıb), Kür-Salyanda 1420 m3/s (səviyyə 6 sm artıb), Araz- Novruzluda 604 m3/s (səviyyə 6 sm azalıb), Qarasu-Zərdabda 115 m3/s (səviyyə 5 sm azalıb) təşkil edir.
Yaxın günlərdə Kür və Araz çaylarında yüksək sululuğun davam edəcəyi gözlənilir.