Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət
03 May 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlər yağan yağışlarla əlaqədar Respublikanın əksər çaylarında sululuq artmış, Quba-Xaçmaz bölgəsi çaylarında isə qısamüddətli daşqın müşahidə olunmuşdur.
Hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 150-266, Balakən-Şəki bölgəsi çaylarında 90-170, Lənkəran-Astara bölgəsi çaylarında normanın 120-145 faizini təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq normanın 60-70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım ongünlük normanın 115 faizi olmaqla 825 m3/san təşkil edir (2009-cu ildə ongünlük normanın 59 faizi olmaqla 425 m3/san təşkil edirdi).
Qanıx çayından Mingəçevir su anbarına axım isə ongünlük normanın 226 faizi olmaqla 448 m3/san təşkil edir (2009-cu ildə ongünlük normanın 32 faizi olmaqla 64 m3/san təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər yağan yağışlar nəticəsində Kür çayının aşağı axınında səviyyələrdə kəskin artım müşahidə olunmuşdur. Belə ki, son on gün ərzində Kürün Zərdab məntəqəsində suyun səviyyəsi 110, Surrada (Sabirabad) 125, Şirvanda 115, Salyanda 105, Bankədə (Nefçala) 55, Araz çayının Novruzlu (Saatlı) məntəqəsində isə 137 sm artım qeydə alınmışdır.
Hazırda Kür çayının Zərdab məntəqəsində səviyyə 760 (2009-da 434 sm), Surrada 881 (2009-da 501 sm), Şirvanda 791 (2009-da 396 sm), Salyanda 796 (2009-da 436 sm), Bankədə 486 (2009-da 312 sm) Araz çayının Novruzlu məntəqəsində isə 655 sm (2009-da 280 sm) təşkil edir.