“Ekologiya ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayon 53 saylı orta məktəbin kollektivi ilə görüş keçirilmişdir
20 Aprel 2010, 00:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji maarifləndirmə istiqamətində müəyyən tədbirlər həyata keçirilir.
2010-cu il 20 aprel tarixində 22 aprel Beynəlxalq “Yer günü” münasibəti ilə Nazirliyin mütəxəssislərinin iştirakı ilə Yasamal rayon 53 saylı orta məktəbin müəllim və şagird kollektivi ilə görüş keçirilmişdir.
Görüşdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilmişdir. Eyni zamanda, ətraf mühitin mühafizəsi və ekoloji məsələlərlə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ekologiya ili” çərçivəsində əhalinin ekoloji cəhətdən maarifləndirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.