Xəbərlər

BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri Azərbaycanda səfərdədir

16 Aprel 2010, 00:00

“Azərbaycanda Ekoloji Fəaliyyətin 2-ci İcmalı”nın hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi Komissiyasının 12 eksperti 2010-cu il 11 aprel tarixindən 21 aprel tarixinədək Azərbaycanda səfərdədirlər.
Səfər çərçivəsində “Azərbaycanın Ekoloji Fəaliyyətinin 2-ci İcmalı” sənədinin hazırlanması üçün müvafiq məlumatların toplanılması, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, sahələrə səfərlər nəzərdə tutulmuşdur.
Sənəd ekoloji siyasət, ətraf mühitin maliyyələşdirilməsi, əhalinin məlumatlandırılması, beynəlxalq əməkdaşlıq, atmosfer havası və nəqliyyat, tullantıların idarə edilməsi, su ehtiyatlarının idarə olunması və Xəzər dənizinin problemləri, biomüxtəliflik və meşələrin idarə edilməsi, torpaqların istifadəsi sahələrini əhatə edəcək və “Azərbaycanda Ekoloji Fəaliyyətin 1-ci İcmalı”nın hazırlandığı 2003-cü ildən sonrakı dövrdə ölkədə əldə olunmuş nailiyyətləri əks etdirəcəkdir.