Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 101 akt və protokol tərtib olunmuşdur

14 Aprel 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 16-31 mart tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 101 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 göstəriş verilmişdir. Ümumilikdə 28 iş üzrə 71730 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 8221,3 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 36 iş üzrə 7757,57 manat məbləğində iddia qaldırılmış, ondan 3907,5 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 124 iş üzrə 16769,33 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 13388,42 manat ödənilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 8 işdən 3-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 9 işdən 4-nə baxılaraq müvafiq tədbir görülmüşdür. Məhkəmələrə göndərilmiş 27 işə baxılmamışdır.
Su ehtiyatlarının mühafizəsi üzrə 26 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 7 icrası məcburi olan göstəriş verilmişdir. 12 iş üzrə 39700 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 1000 manatın ödənilməsi təmin olunmuşdur. Dəymiş ziyanla bağlı 1 iş üzrə 100 manat məbləğində iddia tətbiq edilmiş və ödənilmişdir. 30 iş üzrə 7418,23 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 2182,57 manatın ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 7 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 3 icrası məcburi olan göstəriş verilmişdir. 1 iş üzrə 80 manat məbləğində cərimə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 490 manatın ödənilməsi təmin olunmuşdur. 54 iş üzrə 4840,1 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 5048,1 manat ödənilmişdir.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 2 akt tərtib olunmuşdur. 4 iş üzrə 355 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 450 manatın ödənilməsi təmin olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 12 akt və protokol tərtib olunmuşdur. 3 iş üzrə 2400 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 1620 manatın ödənilməsi təmin olunmuşdur. Dəymiş ziyanla bağlı 8 iş üzrə 450,75 manat məbləğində iddia tətbiq edilmiş, ondan 398,5 manat ödənilmişdir.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 17 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 9 icrası məcburi olan göstəriş verilmişdir. 4 iş üzrə 11750 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 2975 manatın ödənilməsi təmin olunmuşdur. Dəymiş ziyanla bağlı 4 iş üzrə 243 manat məbləğində iddia tətbiq edilmiş və ödənilmişdir. 36 iş üzrə 4156 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 5707,75 manatın ödənilməsi təmin olunmuşdur.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 28 akt və protokol tərtib olunmuşdur. 6 iş üzrə 15800 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 2116,3 manat ödənilmişdir. 9 iş üzrə 1045,82 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla) 1113 manatın ödənilməsi təmin edilmişdir.
Faunanın mühafizəsi üzrə 5 protokol tərtib olunmuşdur. 2 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 4 protokol tərtib olunmuşdur. 14 iş üzrə 5918 manat məbləğində iddia qaldırılmış, ondan 2053 manatın ödənilməsi təmin edilmişdir.