Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 168 akt və protokol tərtib olunmuşdur

18 Mart 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 16-28 fevral tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 168 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 göstəriş verilmişdir. Ümumilikdə 64 iş üzrə 78820 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 4891,42 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 43 iş üzrə 15355,55 manat məbləğində iddia qaldırılmış, ondan 3790,56 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 79 iş üzrə 552891,88 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 41835,37 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 8 işə, məhkəmələrə göndərilmiş 25 işə baxılmamış, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 43 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 21 akt və tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 5 icrası məcburi olan göstəriş verilmişdir. 6 iş üzrə 5400 manat məbləğində cərimə tətbiq edilmişdir. 12 iş üzrə 526375,56 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 10481,14 manatın ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 23 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 14 icrası məcburi olan göstəriş verilmişdir. 1 iş üzrə 300 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 205,82 manatın ödənilməsi təmin olunmuşdur. 32 iş üzrə 19725,19 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 19695,05 manatın ödənilməsi təmin olunmuşdur
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunmuş, 3 icrası məcbur olan göstəriş verilmişdir. 1 iş üzrə 20 manat məbləğində cərimə tətbiq edilmiş və ödənilmişdir. Dəymiş ziyanla bağlı 1 iş üzrə 11 manat məbləğində iddia tətbiq edilmişdir. 11 iş üzrə 1050 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunmuş və 1 icrası məcburi göstəriş verilmişdir. 9 iş üzrə 11700 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 647,6 manatın ödənilməsi təmin olunmuşdur.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 29 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 10 icrası məcburi olan göstəriş verilmişdir. 8 iş üzrə 6400 manat məbləğində cərimə tətbiq edilmiş, 990 manatın ödənilməsi təmin olunmuşdur. 24 iş üzrə 5741,13 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 10609,18 manatın ödənilməsi təmin olunmuşdur.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 50 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 3 icrası məcburi olan göstəriş verilmişdir. 32 iş üzrə 46250 manat məbləğində cərimə tətbiq edilmişdir. 16 iş üzrə 4948,65 manat məbləğində iddi qaldırılmış, ondan 625,56 manatın ödənilməsi təmin edilmişdir.
Faunanın mühafizəsi üzrə 17 akt və protokol tərtib olunmuş, 7 iş üzrə 8750 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 2938 manatın ödənilməsi təmin olunmuşdur. 3 iş üzrə 143,9 manat məbləğində iddia qaldırılmış, ondan 92 manatın ödənilməsi təmin edilmişdir.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 9 akt və protokol tərtib olunmuşdur. 23 iş üzrə 10252 manat məbləğində iddia qaldırılmış, ondan 3073 manatın ödənilməsi təmin edilmişdir.