Çöl quşlarının qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə reyd keçirilmişdir
05 Mart 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İmişli, Biləsuvar və Lənkəran rayonlarının magistral yol kənarlarında, eləcə də yerli bazarlarında qanunsuz yolla əldə edilmiş çöl quşlarının satılması hallarının qarşısının alınması məqsədilə reyd keçirmişlər.
11-23 fevral 2010-cu il tarixlərində Qızılağac Dövlət Təbiət Qoruğunun yasaqlıq ərazisi olan Kiçik Körfəz ərazisində aparılan reyd zamanı qoruğun əməkdaşları tərəfindən 8 ədəd ov silahı, 130 patron, 1 ədəd motorlu qayıq, 97 ədəd axçalı balıq toru və qanunsuz yolla ovlanmış 10 baş qu quşu brakonyerlərdən götürülərək qanunamüvafiq qaydada sənədləşdirilmişdir.
22-25 fevral 2010-cu il tarixlərində Lənkəran rayonunun Qumbaşı kəndinin ərazisində 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə yerli polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı qanunsuz yolla əldə edilmiş çöl quşları satan vətəndaşlardan 36 baş qaşqaldaq quşu götürülmüş və həmin şəxslər barəsində akt tərtib olunmuşdur. Götürülmüş quşlar Lənkəran rayon Baytarlıq Xidmətində müayinə edildikdən sonra yandırılmışdır.
25-26 fevral 2010-cu il tarixlərində Sarısu, Şərbət Qobu və Zavvar ovçuluq təsərrüfatlarında keçirilən reyd zamanı qanunsuz ov edən vətəndaşlardan 4 ədəd ov silahı, qamışlıq ərazidən isə sahibsiz 14 ədəd brakonyer qayığı aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
Bildiririk ki, qanun pozucuları barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin görülməsi, qanunsuz ov halları aşkar edilmiş ərazidə mühafizə tədbirlərinin davam etdirilməsi istiqamətində Nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir.
Bir daha əhalinin nəzərinə çatdırırıq ki, 2005-ci ildən etibarən quş qripi xəstəliyinin profilaktikası ilə əlaqədar ölkə ərazisində quş ovuna müddətsiz qadağa qoyulmuşdur.