Haqq nazilər, üzülməz
03 Mart 2010, 00:00
Meşələrin İnkişafı Departamentindən verilən məlumata görə:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən ətraf mühitin mühafizəsi, ekoloji mühitin yaxşılaşdırılması, o cümlədən meşələrin qorunması və artırılması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirir.
Lakin meşələrdən qazanc üçün istifadə etmək istəyən bəzi “işbazlar” məqsədlərinə çatmadıqda Nazirliyin və onun tabeli qurumlarının ünvanına Respublikanın müxtəlif təşkilatlarına əsassız müraciətlər edir və KİV-ə yalan və böhtan xarakterli məlumatlar yayırlar.
Belə ki, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev 2008-ci ildə Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinə müraciət edərək Hacıkənd meşəbəyliyinin ərazisindən 1000 hektar sahəni “Əməkdaşlıq Sazişi” adı altında icarəyə götürmək istəmişdir. Müəssisədə meşə əkini fondunun məhdudluğuna, habelə həmin ərazilərdə meşəbərpa tədbirləri aparıldığına görə ona razılıq verilməmişdir. Məqsədinə çata bilməyən A.Vəliyev həmin vaxtdan başlayaraq müxtəlif təşkilatlara qərəzli, böhtan və iftira xarakterli şikayət məktubları yazmağa başlamışdır. 2009-cu ilin sonunda isə o, yenidən Göy-göl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə gələrək müəssisənin direktorundan təkidlə Qeyri Hökumət Təşkilatları Şurası ilə əməkdaşlığa razı olması barədə yazılı müraciət etməsini tələb etmişdir. Qanunsuz və haqsız tələbinə imtina olunduqda isə Aslan Vəliyev Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət məktubu ilə müraciət etmişdir.
Şikayət əsasında 21 fevral 2010-cu il tarixində şikayətçinin, rayon İcra Hakimiyyəti nümayəndələrinin və Nazirliyin mütəxəssislərinin iştirakı ilə yerində, onun göstərdiyi ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göy-göl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Hacıkənd meşəbəyliyinin 535 hektar sahəni təşkil edən 2 saylı dolayında araşdırma aparılmışdır.
Araşdırma zamanı şikayətçinin iddia etdiyi meşələrin kütləvi surətdə qırılması və bu qırıntıların hal-hazırda da davam etməsi barədə iddiaları təsdiq olunmamış, cəmi 4,34 kub metr həcmində 6 ədəd ağacın qırılması faktı aşkar edilmiş və bu barədə tərtib olunmuş aktı şikayətçi A.Vəliyev də imzlamışdır.
Danılmaz faktdır ki, erməni təcavüzkarları torpaqlarımızı zəbt etdikdən sonra məcburi köçkünlərin Hacıkənd qəsəbəsində məskunlaşdığı vaxtlarda (1992-1995-ci illər) həmin ərazidə ağacların qanunsuz qırılması halları olmuş və həmin dövrdə “Azərmeşə İB” tərəfindən qanunamüvafiq tədbirlər görülmüşdür. Hal-hazırda həmin ərazilərin bərpa olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir.
Göründüyü kimi meşələrin kütləvi surətdə qırılması barədə həmin yalan fikirlərin sahibi olan şikayətçinin yaydığı məlumatların heç bir hüquqi əsası yoxdur.
Lakin bütün bunlara baxmayaraq, A.Vəliyev məqsədinə çatmaq üçün şantaj və böhtan xarakterli fəaliyyətini davam etdirmişdir.
2003-cü ildə yol verilmiş qanunsuz qırıntıların həcmi 49 min kub metr olduğu halda, bu göstərici görülmüş tədbirlər nəticəsində 2009-cu ildə 15 min kub metr azalaraq 34 min kub metr olmuşdur. Aparılan təhlillər göstərir ki, hələ də müşahidə edilən qanunsuz qırıntılar əsasən qış aylarında dağ kəndlərində əhalinin enerjiyə artan tələbatı ilə bağlıdır. Maraqlıdır, görəsən Aslan Vəliyev “əziyyətlə” aldığı qrantlardan qış dövründə, heç olmasa, öz qohumlarının enerjiyə olan tələbatını meşənin hesabına deyil, digər yanacaq növlərindən istifadə etmələri üçün hansısa bir cəhd etmişdirmi?
Bu cür ağına”“bozuna baxmadan, haqq”“ədaləti unudaraq, qərəzli mövqe tutmaqla, hətta yalandan, şantaj metodlarından istifadə etməklə, şər-böhtan kompaniyası əslində belə şəxslərin fəaliyyət göstərdiyi təşkilata kölgədir.
Təəssüflənirik ki, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi kimi bir təşkilatda, şəxsi mənafeyi naminə Aslan Vəliyev kimilərinin fəaliyyəti mümkündür.
Meşələrin İnkişafı Departamenti