Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 129 akt və protokol tərtib olunmuşdur

02 Mart 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 01-15 fevral tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 129 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 göstəriş verilmişdir. Ümumilikdə 35 iş üzrə 79510 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 15 iş üzrə 78134,99 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 150 iş üzrə 46172,1 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 10 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 8 akt tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 5 icrası məcburi olan göstəriş verilmişdir. 29 iş üzrə 15459,1 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 24 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 4 icrası məcburi olan göstəriş verilmişdir. 2 iş üzrə 15060 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 75 manat məbləğində iddia qaldırılmış və ödənilməsi təmin olunmuşdur. 48 iş üzrə 14813 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 8 akt və protokol tərtib olunmuşdur. 1 iş üzrə 3500 manat məbləğində cərimə tətbiq edilmişdir. 15 iş üzrə 1125 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunmuşdur. 5 iş üzrə 10300 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 5 iş üzrə 76024,7 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 4 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür. 1 iş üzrə 2500 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 29 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 6 icrası məcburi olan göstəriş verilmişdir. 4 iş üzrə 11000 manat məbləğində cərimə tətbiq edilmişdir. 57 iş üzrə 12275 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 44 akt və protokol tərtib olunmuşdur. 15 iş üzrə 32250 manat məbləğində cərimə tətbiq edilmişdir. 9 iş üzrə 2035,29 manat məbləğində iddia qaldırılmışdır.
Faunanın mühafizəsi üzrə 10 akt və protokol tərtib olunmuşdur. 8 iş üzrə 7400 manat məbləğində cərimə tətbiq edilmişdir.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 167 manat məbləğində cərimə ödənilmişdir.