Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 164 akt və protokol tərtib olunmuşdur

17 Fevral 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin yanvar ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 164 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 göstəriş verilmişdir. Ümumilikdə 54 iş üzrə 1619330 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 24 iş üzrə 74936,46 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 119 iş üzrə 32728,14 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 37 işdən 6-na baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 3 akt tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 4 icrası məcburi olan göstəriş verilmişdir. İdarə və müəssisələrə 13 iş üzrə 4362,17 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 29 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 12 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntularına yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 7 iş üzrə 3430 manat məbləğində cərimə tətbiq edilmişdir. 67 iş üzrə 23573,79 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 3 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 11 akt tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 3 iş üzrə 7400 manat məbləğində cərimə tətbiq edilmiş. 11 iş üzrə 825 manat məbləğində iddia qaldırılmış və ödənilməsi təmin olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 10 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 8 iş üzrə 4550 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 3 iş üzrə 69300 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 4 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 21 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 5 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 5 iş üzrə 16100 manat məbləğində cərimə tətbiq edilmişdir. 28 iş üzrə 3967,18 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 12 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 72 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 4 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 26 iş üzrə 1583775 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 13 iş üzrə 1796,46 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 16 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Faunanın mühafizəsi üzrə 14 akt və protokol tərtib olunmuş, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 5 iş üzrə 4075 manat məbləğində cərimə tətbiq edilmişdir.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 4 protokol tərtib olunmuşdur. Dəymiş ziyanla bağlı 8 iş üzrə 3840 manat məbləğində iddia qaldırılmışdır.