Qanunsuz quş ovu ilə məşğul olan şəxslər saxlanılmışdır
16 Fevral 2010, 00:00
Fevralın 16-da gecə saat 01:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri reyd zamanı çöl quşlarının qanunsuz alışı və satışı ilə məşğul olan şəxslər saxlanılmışdır.
Reyd zamanı Sabirabad rayonunun Qasımbəyli kənd sakini Rövşən Novruzovun idarə etdiyi “VAZ 2107” markalı avtomobilə baxış keçirərkən 1 ördək, 690 qaşqaldaq olmaqla 691 ədəd çöl quşu aşkar edilmişdir.
Araşdırma zamanı məlum olmuşdur ki, Rövşən Novruzov həmkəndlisi Mircavad Həşimovla birlikdə İmişlinin Sarısu gölü ərazisində həmin quşları ovçulardan alaraq Masallı rayonuna satmaq üçün aparırlarmış.
Bildiririk ki, qanun pozucuları barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin görülməsi, qanunsuz ov halları aşkar edilmiş ərazidə mühafizə tədbirlərinin davam etdirilməsi istiqamətində Nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir.
Qeyd edək ki, cari ov mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Qanunvericiliyin pozulması ilə əlaqədar 60-dan çox vətəndaş saxlanılmış, onlara qarşı akt və protokol tərtib edilmiş, 51 ov tüfəngi götürülmüşdür. Məhkəmə və hüquq-mühafizə orqanlarına müvafiq tədbir görülməsi üçün müraciət olunmuşdur.
Bir daha əhalinin nəzərinə çatdırırıq ki, 2005-ci ildən etibarən quş qripi xəstəliyinin profilaktikası ilə əlaqədar ölkə ərazisində quş ovuna müddətsiz qadağa qoyulmuşdur.