Lökbatan palçıq vulkanında püskürmə baş vermişdir
04 Fevral 2010, 00:00
04 fevral 2010-cu il tarixində, saat 10-00 radələrində, Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş vermişdir.
Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmamışdır. Püskürmə 1 saata yaxın davam etmiş, formalaşan sarımtıl qara rəngli palçıq axını vulkanın qərb yamacı istiqamətində 1,5 hektar əraziyə yayılmışdır.
Aparılan monitorinq zamanı vulkanın şərq və qərb yamaclarında püskürmə nəticəsində müxtəlif ölçülü çatların əmələ gəldiyi, püskürmə baş verərkən isə vulkan brekçiyasında 20-30 dərəcə temperaturun müşahidə olunduğu müəyyən edilmişdir.
Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 21 dəfə püskürmüş, sonuncu püskürmə isə 2001-ci ildə baş vermişdir.
Qeyd edək ki, Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu tərəfindən aparılan stasionar müşahidələr nəticəsində son dövr ərzində Xəzərin cənub hissəsində baş vermiş seysmik hərəkətlilik fonunda palçıq vulkanlarında nisbətən aktivlik müşahidə olunmuşdur.