Xəbərlər

1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 2009-cu il ərzində 291 akt və protokol tərtib edib

19 Yanvar 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən 2009-cu il ərzində inzibati ərazidə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) müvafiq reyd və yoxlamalar keçirilərək 291 akt və protokol tərtib edilmiş və 37 icrası məcburi olan göstəriş verilmişdir.
37 iş üzrə 51000 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 9637 manatın ödənilməsi təmin olunmuşdur. Ümumilikdə, il ərzində ətraf mühitə dəymiş ziyanla bağlı 171 iş üzrə 9689,61 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalan borc da daxil olmaqla) 13418,93 manat məbləğin ödənilməsi təmin edilmişdir. Aşkar edilmiş qanun pozuntularına görə idarə və müəssisələrə 810 iş üzrə 42701 manat məbləğində cərimə tətbiq olunmuş və ödənilməsi təmin edilmişdir. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 19 işdən 6-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 28 işdən 17-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 21 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 13 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 3 iş üzrə 10800 manat məbləğində cərimə tətbiq edilmişdir. İdarə və müəssisələrə 178 iş üzrə 4276 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 3 işdən (ötən ildən qalan borc da daxil olmaqla) 4-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Yerin təkindən qanunsuz istifadəyə görə hüquqi və fiziki şəxslər barəsində 92 akt və protokol tərtib edilmişdir. 13 iş üzrə 7800 manat məbləğində iddia qaldırılmış, ondan 4364 manat məbləğin ödənilməsi təmin olunmuşdur. Ətraf mühitə dəymiş ziyanla bağlı 86 iş üzrə 2638,89 manat məbləğində iddia qaldırılmış və 2508 manatın ödənilməsi təmin edilmişdir. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 10 işdən 6-na baxılaraq müvafiq tədbir görülmüşdir.
Atmosfer havasının mühafizəsi sahəsində Azərbaycan Respublikası “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun tələblərinə riayət olunması vəziyyətinin yoxlanması ilə əlaqədar 17 akt və protokol tərtib edilmişdir. 3 iş üzrə inzibati qaydada 7900 manat məbləğində cərimə tətbiq olunmuş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair 3 icrası məcburi olan göstəriş verilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 150 manat iddia qaldırılmış, 480 iş üzrə 22636 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar aşkar edilmiş faktlar əsasında 57 akt və protokol tərtib olunmuş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair 21 icrası məcburi olan göstəriş verilmişdir. Törədilmiş inzibati xətalarla əlaqədar təqsirkar şəxslərə 13 iş üzrə 21800 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 4040 manat məbləğin ödənilmişdir. 148 iş üzrə 15489 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 10 işdən 4-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Torpağın mühafizəsi üzrə 5 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 1 iş üzrə 300 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 200 manat ödənilmişdir. 4 iş üzrə 300 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Fauna və floranın mühafizəsi üzrə 99 akt və protokol tərtib edilmişdir. Ümumilikdə qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 4 iş üzrə 2400 manat məbləğində cərimə tətbiq edilmiş və ondan 728 manatın ödənilməsi təmin olunmuşdur. Ətraf mühitə dəymiş ziyanla bağlı 84 iş üzrə 6900,72 manat məbləğində iddia qaldırılmış və ondan (ötən ildən qalan borc da daxil olmaqla) 10910,93 manatın ödənilmişdir. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 17 işdən 6-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 3 işdən 2-nə baxılaraq müvafiq tədbir görülmüşdür.