Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır

08 Yanvar 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin 16-30 dekabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 69 akt və protokol tərtib olunmuş və 16 məcburi göstəriş verilmişdir. Ümumilikdə 27 iş üzrə 34725 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 30233,79 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 307848,43 manat məbləğində iddia qaldırılmış, ondan 7786,82 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 161 iş üzrə 23711,73 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 72257,18 manat ödənilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 3 işdən birinə Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 22 işdən 6-na, məhkəmələrə göndərilmiş 7 işdən 2-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi sahəsində 2 akt tərtib olunmuş, 1 məcburi göstəriş verilmişdir. 5 iş üzrə 10000 manat məbləğində cərimə ödənilmişdir. 26 iş üzrə 4770,64 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (əvvəlki ildən qalan borc da daxil olmaqla) 36846 manatın ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının mühafizəsi sahəsində 10 akt və protokol tərtib olunmuş və 8 məcburi göstəriş verilmişdir. 2 iş üzrə 900 manat məbləğində cərimə tətbiq edilmiş və ondan (əvvəlki ildən qalan borc da daxil olmaqla) 2368,39 manat ödənilmişdir. Dəymiş ziyanla bağlı 2 iş üzrə 1210 manat məbləğində iddianın ödənilməsi təmin edilmişdir. 73 iş üzrə 7133,59 manat məbləğində ödəmə tətbiq olunmuş, ondan (əvvəlki ildən qalan borc da daxil olmaqla) 15521,37 manat ödənilmişdir.
Torpaq ehtiyatları sahəsində 3 akt və protokol tərtib olunmuş, dəymiş ziyanla bağlı 1 iş üzrə 1400 manat məbləğində iddia ödənilmişdir. 3 iş üzrə 225 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində 10 akt və protokol tərtib olunmuş, 7 iş üzrə 7400 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 1800 manatın ödənilməsi təmin olunmuşdur. Dəymiş ziyanla bağlı 6 iş üzrə 265018,5 manat məbləğində iddia qaldırılmışdır. 1 iş üzrə 500 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (əvvəlki ildən qalan borc da daxil olmaqla) 820 manat ödənilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 17 akt və protokol tərtib olunmuş, 5 məcburi göstəriş verilmişdir. 2 iş üzrə 15150 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 2649 manatın ödənilməsi təmin olunmuşdur. Dəymiş ziyanla bağlı 2 iş üzrə 60 manat məbləğində iddia ödənilmişdir. 58 iş üzrə 11082,5 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (əvvəlki ildən qalan borc da daxil olmaqla) 18845,43 manatın ödənilməsi təmin olunmuşdur.
Floranın mühafizəsi sahəsində 19 akt və protokol tərtib olunmuş, 2 məcburi göstəriş verilmişdir. 11 iş üzrə 6875 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 12416,4 manat ödənilmişdir. 9 iş üzrə 40893,93 manat məbləğində iddia qaldırılmış, ondan 5014,02 manatın ödənilməsi təmin edilmişdir.
Faunanın mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 2400 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 1000 manatın ödənilməsi təmin olunmuşdur.
Su hövzələrində bioloji resursların mühafizəsi və artırılması sahəsində 2 protokol tərtib olunmuşdur. 2 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilmiş, 6 iş üzrə 1936 manat məbləğində iddia qaldırılmışdır.