Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 Dekabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 2009-cu il dekabr ayının əvvəlindən yağan yağışlar nəticəsində Respublikanın çaylarında sululuq artımı müşahidə olunmuşdur.
Hazırda ən yüksək sululuq Respublikanın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və normanın 180-260, Qazax-Gəncə bölgəsi çaylarında normanın 130-180, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 175-215 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Hal hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 195 m3/san (ongünlük normanın 124 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 75 faizi olmaqla 118 m3/san təşkil edirdi.
Qanıx çayından Mingəçevir su anbarına axım isə 102 m3/san (ongünlük normanın 133 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 95 faizi olmaqla 73 m3/san təşkil edirdi.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 710 sm, Şirvanda 596 sm, Salyanda 643 sm, Bankədə 414 sm, Araz-Novruzluda isə 455 sm təşkil etmişdir. Hal-hazırda isə Mingəçevir su anbarından buraxılan suyun azaldılması nəticəsində Kür çayının aşağı axınında azalma müşahidə olunmuşdur.
Böyük su anbarlarında hazırki vəziyyət
Şəmkir su anbarının hazırki səviyyəsi 144,04 metr (2008-də 153,22 metr), Mingəçevir su anbarının səviyyəsi 79,81 metr (2008-də 75,73 metr), Araz su anbarının səviyyəsi isə 771,07 metr (2008-də 771,04 metr) təşkil edir.