Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır
26 Noyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin 02-15 noyabr tarixlərində Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 66 akt və 40 protokol tərtib olunmuş və 23 məcburi göstəriş verilmişdir. Ümumilikdə 49 iş üzrə 84189 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 36480,49 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 94 iş üzrə 13970,76 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 1, məhkəmələrə göndərilmiş 17 işə baxılmamış, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 20 işdən 5 işə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi sahəsində 5 akt və protokol tərtib olunmuş və 1 məcburi göstəriş verilmişdir. 21 iş üzrə 2162,09 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 16 akt və protokol tərtib olunmuş və 11 məcburi göstəriş verilmişdir. 4 iş üzrə 5160 manat məbləğində cərimə, 43 iş üzrə 6128,82 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpaq ehtiyatları sahəsində 3 akt və protokol tərtib olunmuşdur. 4 iş üzrə 4000 manat məbləğində cərimə, 5 iş üzrə 450 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 11 akt və protokol tərtib olunmuş və 7 iş üzrə 8000 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyanla bağlı 6 iş üzrə 35528,7 manat məbləğində iddia qaldırılmışdır. 1 iş üzrə 1100 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 21 akt və protokol tərtib olunmuş və 8 məcburi göstəriş verilmişdir. 15 iş üzrə 52300 manat məbləğində cərimə, 24 iş üzrə 4129,85 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Flora və faunanın mühafizəsi sahəsində 50 akt və protokol tərtib olunmuş və 3 məcburi göstəriş verilmişdir. 19 iş üzrə 14729 manat məbləğində cərimə, 15 iş üzrə 951,79 manat məbləğində iddia qaldırılmışdır.