Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
20 Noyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 2009-cu il noyabr ayının 17-də gündüzdən başlayaraq yağan yağışlar nəticəsində Respublikanın çaylarında sululuq artımı müşahidə olunmuşdur.
Hazırda ən yüksək sululuq Respublikanın Quba-Xaçmaz və Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur və normanın 140-280, Qazax-Gəncə bölgəsi çaylarında ongünlük normanın 125-145, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 115-125 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Hal hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 230 m3/san (ongünlük normanın 131 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 68 faizi olmaqla 120 m3/san təşkil edirdi.
Qanıx çayından Mingəçevir su anbarına axım isə 190 m3san (ongünlük normanın 222 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 138 faizi olmaqla 118 m3/san təşkil edirdi.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabr ayının 1-ci ongünlüyünün sonlarından başlayaraq çaylarda sululuğun artması nəticəsində Surra məntəqəsində suyun səviyyəsi 176 sm artaraq 677 sm (2008-də 363 sm), Şirvanda 154 sm artaraq 580 sm (2008-də 286 sm), Salyanda 155 sm artaraq 621 sm (2008-də 341 sm), Bankədə 58 sm artaraq 397 sm (2008-də 260 sm), Araz-Novruzluda isə 165 sm artaraq 420 sm (2008-də səviyyə 165 sm) təşkil etmişdir.
Böyük su anbarlarında hazırki vəziyyət
Şəmkir su anbarının hazırki səviyyəsi 144,76 metr (2008-də 153,18 metr), Mingəçevir su anbarının səviyyəsi 80,29 metr (2008-də 75,82 metr), Araz su anbarının səviyyəsi isə 771,17 metr (2008-də 769,65 metr) təşkil edir.