Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2730 akt və protokol tərtib edib

19 Noyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən 10 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2730 akt və protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 794 icrası məcburi olan göstərişlər verilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 735 iş üzrə 1321985,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 210260,95 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 622 iş üzrə 1278425,98 manat məbləğində iddia qaldırılmış, ondan 59271,36 manat məbləğin ödənilməsi təmin olunmuşdur. İdarə və müəssisələrə 3282 iş üzrə 747863,94 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 436973,96 manat məbləğin ödənilməsi təmin edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 86 işdən 37-nə, məhkəmələrə göndərilmiş 137 işdən 84-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 474 işdən 73-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 249 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 119 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 70 iş üzrə 175130 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 16943,72 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 20 iş üzrə 114352 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 545 iş üzrə 395238,93 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 108772,46 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 1 işə, hüququ mühafizə orqanlarına göndərilmiş 6 işdən 5-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 50 işdən 16 - na baxılaraq müvafiq tədbir görülmüşdür.
Atmosfer havasının mühafizəsi üzrə 645 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 304 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdikliklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 100 iş üzrə 267445 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 59938,64 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 40 iş üzrə 15554 manat məbləğində iddia qaldırılmışdır. 1710 iş üzrə 198519,44 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 182974,15 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 58 işdən 20 - nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 91 akt və protokol tərtib olunmuş, çatışmazlıqların aradan qaldırılması üçün 12 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 22 iş üzrə 21850 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 3591,63 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 9 iş üzrə 11754 manat məbləğində iddia qaldırılmışdır. 75 iş üzrə 14044 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan 13894 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 2 işə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına 4 işdən 1- nə baxılmışdır.
Yerin təkinin mühafizəsi sahəsində müəyyən edilmiş qanun pozuntularına görə 266 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 19 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 136 iş üzrə 165872 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 41213,71 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 150 iş üzrə 1018627,14 manat məbləğində iddia qaldırılmışdır. 54 iş üzrə 19553 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 17325 manat məbləğin ödənilməsi təmin olunmuşdur. Məhkəmələrə göndərilmiş 6 işdən (ötən ildən qalanla) 8-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 109 işdən isə 7-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 679 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 296 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 194 iş üzrə 500230 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 43987 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 30 iş üzrə 1491 manat məbləğində iddia qaldırılmış və ödənilməsi təmin edilmişdir. 897 iş üzrə 120408,57 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 113908,35 manatın ödənilməsi təmin olunmuşdur. Məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla) 8-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 131 işdən isə 12-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 652 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 44 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 154 iş üzrə 143149,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 33228,26 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 278 iş üzrə 72689,84 manat məbləğində iddia qaldırılmış, ondan 36653,36 manat məbləğin ödənilməsi təmin edilmişdir. Tədbir görülməsi üçün Məhkəmələrə göndərilmiş 32 işdən 8-nə, hüquq-mühafizə orqanlarına göndərilmiş 43 işdən 2-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 99 işdən 6-na baxılaraq müvafiq tədbir görülmüşdür.
Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericilik əsasında tətbiqi nəticəsində 69 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 46 iş üzrə 42695 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 11358 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 75 manat məbləğində iddia qaldırılmışdır. Məhkəmələrə göndərilmiş 2 işdən 1-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 23 işdən 11-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi sahəsində 79 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 13 iş üzrə 5614 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 93 iş üzrə 43883 manat məbləğində iddia qaldırılmış və ondan 11744 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 30 işə, Məhkəmələrə göndərilmiş 93 işdən 56-na baxılmışdır.