Qanunsuz ovlanmış quşların satıldığı aşkar edilmişdir
17 Noyabr 2009, 00:00
Su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və “quş qripi” xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Ekоlоgiya və Təbii Sərvətlər Nazirliyinin 1 və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin əməkdaşları nəzarət etdikləri inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı), (Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan, Hacıqabul) monitorinq və reydlər keçirmişdir.
Vəhşi çöl quşlarının yaşadığı, qışladığı, çoxalıb artdığı ərazilərdə keçirilən monitorinqlər zamanı xəstə, halsız quşlara və ya quş cəsədlərinə rast gəlinməmişdir.
13-18 oktyabr 2009-cu il tarixlərində Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı isə qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldaq quşunun satıldığı aşkar edilmişdir. Faktla bağlı akt tərtib olunmuş və çöl quşları götürülərək Lənkəran rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.
Çöl quşlarının qanunsuz ovlanmasının və satılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlarına tapşırıq vermişdir.