Respublikanın çaylarında müşahidə olunmuş qısamüddətli daşqınlar haqqında
03 Noyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə oktyabrın 31-də axşam, noyabrın 01-də yağan leysan yağışlar nəticəsində (Balakəndə 84 mm, Zaqatalada 73 mm, İlisuda 47 mm) Böyük Qafqazın Balakən-Zaqatala-Qax bölgələrinin ərazisindən axan Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Kürmükçay və Ağçaydan qısamüddətli daşqınlar keçmişdir.