Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır

02 Noyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 19-25 oktyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 18 akt və protokol tərtib olunmuşdur. Ümumilikdə 12 iş üzrə 22900 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 6 iş üzrə 3741 manat məbləğində iddia qaldırılmışdır.
Su ehtiyatlarının mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunmuş və 1 iş üzrə 3500 manat məbləğində cərimə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunmuş və 7 iş üzrə 3800 manat məbləğində cərimə tətbiq edilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 protokol tərtib olunmuşdur.
Floranın mühafizəsi sahəsində 10 akt və protokol tərtib olunmuş və 6 iş üzrə 3741 manat məbləğində iddia qaldırılmışdır.
Faunanın mühafizəsi sahəsində 1 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilmişdir.